Soyğunçuluq edən şəxslər tutulub

Soyğunçuluq edən şəxslər tutulub
  02 İyul 2018    Oxunub:3494
Soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıb.
AzVision.az-ın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, iyunun 30-da Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisində şəxsiyyəti məlum olmayan bir nəfər qəsəbə sakini Rəsmiyyə Mirzəyevaya hədə-qorxu gələrək mobil telefonunu alıb.

42-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Nizami Vəzirov saxlanılıb.

İyunun 30-da Nizami rayonu ərazisində şəxsiyyəti məlum olmayan bir nəfər isə Beyləqan rayon sakini Qızbəs Quliyevaya zor tətbiq edərək mobil telefonunu alıb.

Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən soyğunçuluğu törətməkdə şübhəli bilinən Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Nəcmin Ağayev saxlanılıb.

Hər iki faktla bağlı Sabunçu və Nizami Rayon Polis İdarələri tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti