Salyanda "KAMAZ" aşıb, ölən var

Salyanda "KAMAZ" aşıb, ölən var
  03 İyul 2018    Oxunub:3975
Salyan rayonunun Xıdırlı kəndində “KAMAZ” markalı yük avtomobili yolda idarəetməni itirərək aşıb.
FHN-dən AzVision.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Muğan Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1963-cü il təvəllüdlü Piriyev Pirvəli Səfər oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti