O, bildirib ki, metroda qalan 17 sərnişinlə bağlı təcili yardıma müraciət edilib. Onların əksəriyyətinə yerində lazımi tibbi yardım göstərilib. 5 nəfər profilaktik məqsədlə xəstəxanalara yerləşdirilib. Həyati təhlükəsi olan yoxdur
***
Bakıda elektrik enerjisinin kəsilməsi ilə əlaqədar metrodan təxliyyə olunan 16 sərnişin təcili tibbi yardıma müraciət edib.
Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib.
O, bildirib ki, sərnişinlərə lazımi tibbi yardım göstərilib, 4 nəfər ürəyi zəif olduğu üçün xəstəxanaya yerləşdirilib.
Nazirlik rəsmisi, həmçinin qeyd edib ki, təcili tibbi yardım maşınlarının müraciət daxil olan ünvanlara getməsində bəzi problemlər yaranıb. Onun sözlərinə görə, bu, işıqforların işləməməsi və digər sürücülərin yol verməməsi ilə əlaqədardır.

Aytən Zəhra
AzVision.az