Sərnişinlərin anomal isti hava şəraitində dayanacaqlarda gözləməsini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən müxtəlif metrostansiyaların ətrafında və Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində sərnişinlərə su paylanılması təşkil edilib.
AzVision.az xəbər verir ki, sərnişinlərin rahatlığı Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi məsələlərdəndir və bunun üçün zəruri olan tədbirlər görülməkdədir.