Temperatur aşağı düşəcək, yağış yağacaq

Temperatur aşağı düşəcək, yağış yağacaq
  05 İyul 2018    Oxunub:7028
İyulun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumatına görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 31-36, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 754 mm civə sütünuna yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 27-28, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti təşkil edəcək. Nazirlik şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərdə ehtiyatlı olmağı tövsiyə edib.

Azərbaycanın rayonlarında iyulun 6-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, dağlarda gecə 16-21, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, qeyd olunub ki, iyulun 6-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi ilə əlaqədar temperaturun bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

AzVision.az


Teqlər: Hava   ETSN   Proqnoz  





Xəbər lenti