Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.