Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsi ərazisindən keçən hissəsində batmış 1999-cu il təvəllüdlü Cabbarov Turan Elşən oğlunun axtarışları başa çatıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, T.Cabbarovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.