Bakı-Quba yolunda təmir işləri aparılır

Bakı-Quba yolunda təmir işləri aparılır
  06 İyul 2018    Oxunub:3278
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 10-20 və 45-52-ci km-də yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzVision.az-a verilən məlumata görə, sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

AzVision.az


Teqlər: Yol   Təmir  





Xəbər lenti