Bakı və Xırdalanda 4 yeni vəkil qurumu fəaliyyətə başlayıb
Bu tədbirlərin davamı olaraq, Mingəçevir şəhəri və Ağcabədi rayonunda yeni vəkil qurumları fəaliyyətə başlayıb. Qeyd olunan vəkil qurumları artıq tam həcmdə və yüksək keyfiyyətli hüquqi yardım göstərmək üçün həmin regionlarda yaşayan vətəndaşlarımızın xidmətinə verilib.
Xatırladaq ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli sərəncamında vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vurğulanmış, Azərbaycan Respublikasının regionlarında vəkil qurumlarının fəaliyyətinin təmin olunması, vətəndaşların yüksək keyfiyyətli hüquqi yardıma tələbatını təmin etmək məqsədilə regionlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması nəzərdə tutulub.
AzVision.az