Biləsuvarda 2 nəfər yol qəzasında ölüb

Biləsuvarda 2 nəfər yol qəzasında ölüb
  06 İyul 2018    Oxunub:3747
İyulun 5-də saat 4 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Bakı şəhər sakini Əli Kərimlinin idarə etdiyi “İsuzu” (yük) və Cəlilabad rayon sakini Rəşad Həsənovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
DİN-dən AzVision.az-a verilən məlumata görə, nəticədə R.Həsənov və sərnişinlərindən həmyerlisi Saməddin İsmayılov hadisə yerində ölüb, digər iki sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: Qəza   Biləsuvar  





Xəbər lenti