Şəmkirdə maşın oğurlayan yeniyetmə saxlanılıb

Şəmkirdə maşın oğurlayan  yeniyetmə saxlanılıb
  06 İyul 2018    Oxunub:4031
İyulun 4-də Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisindən Əliyaqublu kənd sakini Saleh Məmmədova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.
DİN-dən AzVision.az-a verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Morul kənd sakini olan bir yeniyetmə qəsəbə ərazisində avtomobillə birgə saxlanılıb.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: Şəmkir   DİN   Avtomobil  





Xəbər lenti