AzVision.az FHN-ə istinadən xəbər verir ki, Şəmkir rayonunda ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün və 1 otağının yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.