Siyəzəndə ağır yol qəzası - Sürücü ölüb

Siyəzəndə ağır yol qəzası - Sürücü ölüb
  07 İyul 2018    Oxunub:4049
Siyəzəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az DİN-ə istinadən xəbər verir ki, iyulun 7-də saat 1 radələrində Siyəzən rayonunun Gilgilçay kəndi ərazisində şəhər sakini Rəfayel Məhərrəmov idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən İsmayıllı rayon sakini Cəmil Cabbarovun idarə etdiyi “Shacman” markalı avtomobilə vurub. Nəticədə R.Məhərrəmov hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti