Çaylarda suyun səviyyəsi dəyişib

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 110 m3/s olmaqla ongünlük normanın 37 faizini təşkil edib. 2017-ci ildə bu rəqəm 110 m3/s olmaqla ongünlük normanın 37 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 42,0 m3/s olmaqla, ongünlük normanın 29 faizini təşkil edib. 2017-ci ildə bu göstərici 50,0 m3/s təşkil edərək ongünlük normanın 34 faizinə bərabər olub.
Kür çayının aşağı axınında vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 21, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 12, Bankədə 10 sm artım qeydə alınıb, lakin Salyan məntəqəsində isə suyun səviyyəsində 4 sm azalma müşahidə olunub.
Surra məntəqəsində suyun səviyyəsi 370 sm (2017-ci il iyulun 06-da 332 sm), Şirvanda 213 sm (2017-ci il iyulun 06-da 205 sm), Salyanda 163 sm (2017-ci il iyulun 06-da 137 sm), Bankədə 207 sm (2017-ci il iyulun 06-da 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 sm (2017-ci il iyulun 06-da 50 sm) təşkil edib.
AzVision.az