Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün dənizdə xilas edilən şəxslərlə bağlı məlumat yayıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bilgəh, Qızılqum, Corat sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas olunub.