Sürücü sərnişinin pulunu oğurladı

Sürücü sərnişinin pulunu oğurladı
  09 İyul 2018    Oxunub:2729
Sabirabadda taksidə oğurluq hadisəsi qeydə alınıb.
DİN-dən AzVision.az-a verilən məlumata görə, iyulun 8-də Sabirabad rayonunun Əsgərbəyli kənd sakini V.Mehdiyev RPŞ-yə müraciət edərək həmin gün saat 8 radələrində şəhər ərazisində sərnişini olduğu taksi kimi fəaliyyət göstərən “VAZ-21063” markalı avtomobildən düşdükdən sonra cibindəki 2300 manatın oraya düşməsini və həmin pulu sürücünün oğurladığını bildirib.

Pulu oğurlamaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü, şəhər sakini Samir Cəfərov Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti