Samuxdakı yanğın hələ söndürülməyib

Samuxdakı yanğın hələ söndürülməyib
  10 İyul 2018    Oxunub:2604
İyulun 7-i, axşam saatlarından Samux rayonunun Burunqovaq kəndi yaxınlığındakı qamışlıq və sıx kolluq olan geniş və keçilməz (bataqlıq) ərazidə baş vermiş yanğının söndürülməsi bu gün də davam etdirilib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası və Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti