Yol qəzası daha bir can aldı

Yol qəzası daha bir can aldı
  11 İyul 2018    Oxunub:2672
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonunda "Mercedes" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "VAZ" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1960-cı il təvəllüdlü Əliyev Ülfət İbrahim oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: Qəza   FHN   Xilasedici  





Xəbər lenti