FHN dənizdə batan 2 nəfəri xilas edib

FHN dənizdə batan 2 nəfəri xilas edib
  12 İyul 2018    Oxunub:2279
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı çimərliyi istiqamətində (nəzarətsiz ərazidə) 2 nəfərin dənizdə qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən 2 nəfərə müvafiq köməklik göstərilib.

Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Dəniz   Xəzər  





Xəbər lenti