Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO

Ələtdəki qəzanın səbəbi açıqlandı - VİDEO
  12 İyul 2018    Oxunub:24505
Bakı-Ələt magistral yolunda baş verən dəhşətli qəza yük maşını sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib.
Bunu AzVision.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Qurum rəsmisi bildirib ki, yük maşını gəldiyi sürətlə avtobusa çırpılıb.

“Yük maşınının sürücüsü sükan arxasında yuxulayıb və gəldiyi sürətlə avtobusa çırpılıb. Nəticədə avtobus aşıb. Yük maşınının sürəti o qədər də yüksək olmayıb. Olsaydı daha ağır nəticələr olardı. Hazırda əməkdaşlarımız yaralıların sayı və vəziyyətlərini öyrənmək üçün xəstəxanalardadır”.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Ələt magistral yolunda dəhşətli qəza baş verib. 90-OJ-802 dövlət nömrə nişanlı “Kamaz” markalı yük maşını 149 saylı sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.



Aytən Zəhra
AzVision.az


Teqlər: BNA   Qəza  





Xəbər lenti