Ələtdə qəzaya düşənlərdən biri hamilə olub

Bunu AzVision.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib. Nazirlik rəsmisi bildirib ki, hazırda Kliniki Tibbi Mərkəzin stasionar şöbəsində 5 nəfər müalicə alır.
Qeyd edək ki, dünən səhər saatlarında Bakı-Ələt magistral yolunda dəhşətli qəza baş verib. 90-OJ-802 dövlət nömrə nişanlı “Kamaz” markalı yük maşını 149 saylı sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində 1 qadın ölüb.
Aytən Zəhra
AzVision.az