Toyda qətl törədilib

Toyda qətl törədilib
  13 İyul 2018    Oxunub:2701
İyulun 9-da saat 23 radələrində Neftçala rayon sakini Azər Əliyev Şirvan şəhəri ərazisindəki şadlıq saraylarının birində aldığı bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda ölüb, Sabirabad rayon sakini Teymur Həsənov isə əlindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Şirvan və Mingəçevir Şəhər Polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Fuad Əsgərov Mingəçevir şəhərinin ərazisində saxlanılıb.

AzVision.az


Teqlər: Qətl   Neftçala   DİN  





Xəbər lenti