Yolu keçən piyadanı maşın vurdu

Yolu keçən piyadanı maşın vurdu
  13 İyul 2018    Oxunub:2764
Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən AzVision.az-a verilən məlumata görə, iyulun 12-də saat 16 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Mübariz Səttarov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəlal Əlirzayevi vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti