AzVision.az FHN-ə istinadən xəbər verir ki, rayonda qamışlıq, kol-kos 2500 m2 sahədə və ümumi sahəsi 250 m2 olan fermanın (hazırda fəaliyyət göstərmir) dam örtüyünün yanar konstruksiyaları 85 m2 sahədə yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.