22 yaşlı oğlanın faciəvi ölümü - Dənizdə batdı

22 yaşlı oğlanın faciəvi ölümü  - Dənizdə batdı
  14 İyul 2018    Oxunub:2885
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərində dənizdə (nəzarətsiz ərazidə) 2 nəfərin batması barədə məlumat daxil olub.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1 nəfər xilas edilib, digər 1996-cı il təvəllüdlü Aslanov Şəmsəddin Rahim oğlu sudan çıxarılaraq Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib və xəstəxanaya aparılarkən yolda keçinib.

AzVision.az




Teqlər: FHN   Lənkəran  





Xəbər lenti