Bakıda lift şaxtaya düşüb: 3 yaralı var

Belə ki, çoxmərtəbəli yaşayış binasında trosu qırılan lift şaxtaya düşüb. Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Hər üç şəxs döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisə nəticəsində xəsarət alan şəxslər bunlardır: 20 yaşlı Məmmədəliyev Hüseyn Elman oğlu, 40 yaşlı Məmmədəliyeva Elnarə Yusif qızı və 16 yaşlı adı hələ məlum olmayan oğlan. Faktla bağlı araşdırma aparılır.
AzVision.az