FHN qəzaya düşən sürücünü xilas etdi

FHN qəzaya düşən sürücünü xilas etdi
  14 İyul 2018    Oxunub:2726
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Goranboy rayonunun Qurbanzadə kəndində “Belarus” markalı traktor aşıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Aran Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilərinin birgə əməliyyatı nəticəsində sıxılmış vəziyyətdə qalmış sürücü nəqliyyat vasitəsindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər: Traktor   Qəza  





Xəbər lenti