Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən
AzVision.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 12-də saat 1 radələrində Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini Binnət İsmayılovun xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Sait Həsənov saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.
AzVision.az