İyulun 12-də saat 22 radələrində Salyan rayonunun Qarabağlı kəndində yaşayan İlkin Məmmədovun həyətində yanğın baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nəticədə 400 kip ot yanıb, 1 baş inək tələf olub. İ.Məmmədovun arvadı Fəridə xəsarətlə xəstəxanaya gətirilib, ona ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.