Aprel şəhidinin doğum günüdür - FOTO

Aprel şəhidinin doğum günüdür - FOTO
  14 İyul 2018    Oxunub:8523
Bu gün aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri Bəxtiyar Hüseynovun doğum günüdür.
AzVision.az xəbər verir ki, B.Hüseynov yaşasaydı, 23 yaşını qeyd edəcəkdi.



Bəxtiyar Hüseynov 1995-ci il 14 iyulda Goranboy rayonunun Qızılhacılı kəndində anadan olub. Orta məktəbi doğma kəndində oxuyub. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Daha sonra xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə davam etdirib.



Kiçik gizir Bəxtiyar Hüseynov 2016-cı ilin aprel ayında Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz doğulduğu Goranboy rayonunun Qızılhacılı kəndində dəfn olunub.

Bəxtiyar Hüseynov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.





Anar Kəlbiyev
AzVision.az


Teqlər: Şəhid   XTQ   Bəxtiyar-Hüseynov  





Xəbər lenti