"Riyad"dakı yanğında 2 nəfər xəsarət alıb - VİDEO

"Riyad"dakı yanğında 2 nəfər xəsarət alıb - VİDEO
  15 İyul 2018    Oxunub:3019
Fövqəladə Hallar Nazirliyi "Riyad" Ticarət Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində ticarət mərkəzinin ərazisində yerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanıb.

Yanğın zamanı 2 nəfər yüngül yanıq xəsarəti alıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.



AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti