Bakıda mənzildən meyit tapılıb

Bakıda mənzildən meyit tapılıb
  15 İyul 2018    Oxunub:1695
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1942-ci il təvəllüdlü Əliyev Ələmdar Ələkbər oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Meyit  





Xəbər lenti