Sahibsiz itləri güllələyən şəxs tutuldu

Sahibsiz itləri güllələyən şəxs tutuldu
  16 İyul 2018    Oxunub:1542
İyulun 15-də Pirallahı qəsəbəsi ərazisində sahibsiz itlərə silahdan atəş açan şəxs Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, araşdırmalarla onun qəsəbə sakini Qismət İmanov olduğu müəyyən edilib.

Ondan müvafiq sənədləri olmayan ov tüfəngi və 1 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı Pirallahı RPŞ-də araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti