AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 28-də rayon ərazisində bir avtomobildən 380 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Zahid Qurbanov saxlanılıb.