“Əsasən gürzə ilanın sancmasına görə müraciətlər olur. Ölüm halı olmayıb. Hal-hazırda 2 nəfərin şöbədə müalicəsi davam edir. Bundan əlavə 6 nəfər əqrəb, 2 nəfər qaraqurd sancması ilə müraciət edib, ölüm baş verməyib. Sirkə turşusu zəhərlənməsi ilə bağlı 2 ayda 4 nəfər, dərman zəhərlənməsi ilə bağlı isə 8 nəfər müraciət edib. Dərman zəhərlənməsi ilə müraciət edənlərdən 2 nəfəri uşaq, 6 nəfəri isə böyükdür”.

A.Maqsudov ötən ilin müvafiq dövrü ilə müqayisədə zəhərlənmə statistikasında artım olmadığını bildirib. Onun sözlərinə görə, isti havaların tez başlaması səbəbindən ilan sancmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 5-6 nəfər çoxdur.
Aytən Zəhra
AzVision.az