İki gənc dənizdə boğularaq ölüb

İki gənc dənizdə boğularaq ölüb
  18 İyul 2018    Oxunub:7956
Bakı şəhərinin Sabunçu rayonunda dənizdə batdığı ehtimal edilən 2 nəfərin axtarışları başa çatıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü İbrahimov Nicat və 1995-ci il təvəllüdlü Ağamalıyev Səlimin cəsədləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

AzVision.az



Teqlər: FHN  





Xəbər lenti