Xətaidə qaz olmayacaq

Xətaidə qaz olmayacaq
  18 İyul 2018    Oxunub:6538
Bu gün Bakı şəhəri Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planına əsasən, Mehmandarov küçəsində diametri 100 mm-lik siyirtmənin yenisi ilə əvəzlənməsi, Babək prospekti 5-ci Rezervuar küçəsində yeni çəkilmiş diametri 159 mm-lik qaz xətlərinin mövcud şəbəkəyə qoşulması, Mehmandarov 66 ünvanında diametri 159 mm-lik siyirtmənin və Mehmandarov 18 ünvanında 2 ədəd qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar, iyulun 18-də saat 09:00-dan təmir işləri tamamlananadək Xətai rayonu, Gəncə, Babək prospektləri, S.Ə.Şirvani, Sarayev, M.Hadi, İ.Zülfüarov, Sadıqcan, X.Məmmədov küçələrinin, Əhmədli kəndi və ətraf ərazilərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

AzVision.az


Teqlər: Azəriqaz   Xətai  





Xəbər lenti