Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
AzVision.az xəbər verir ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bilgəh sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər xilas olunub.