Şəmkirdə 6 otaqlı ev yanıb

Şəmkirdə 6 otaqlı ev yanıb
  18 İyul 2018    Oxunub:8777
Şəmkirdə gündüz saatlarında yanğın faktı qeydə alınıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, rayonunun Xuluf kəndində ümumi sahəsi 300 m² olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 300 m² olan bitişik tikilmiş talvar yanıb. Məlumata görə, bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

AzVision.az



Teqlər: Yanğın   FHN   Şəmkir  





Xəbər lenti