Ərəblər və çinlilər Naxçıvanın suyunu içəcəklər

Burada Almaniya istehsalı olan müasir avadanlıqlarla təmin edilmiş xüsusi laboratoriya qurulub. Zavodda tələbata uyğun olaraq 0,5, 1, 1,5 litrlik plastmas, 0,3, 0,6 litrlik şüşə butulkalarda qazlı və qazsız, 5 və 19 litrlik plastmas taralarda qazsız su buraxılır. İstehsal olunan məhsul muxtar respublikanın tələbatını ödəməklə yanaşı, Bakı şəhərində və ölkəmizin digər regionlarında da satışa çıxarılır.
“Badamlı” mineral suyuna tələbat ildən-ilə artdığı üçün hazırda Şahbuz rayonunun Badamlı qəsəbəsində yeni zavod tikilir. Bu zavod hazırkı müəssisədən daha böyük və yüksək texniki imkanlara malik olacaq.
AzVision.az