Dənizdə batan 25 yaşlı gəncin meyiti tapılıb

Dənizdə batan 25 yaşlı gəncin meyiti tapılıb
  19 İyul 2018    Oxunub:9292
Xəzər dənizində batan 25 yaşlı gəncin meyiti tapılıb.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dünən Sumqayıt şəhərində dənizdə batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Fərzəliyev Fehruz Bəylər oğlunun axtarışları başa çatmışdır. F.Fərzəliyevin cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti