FHN statistika açıqladı: 124 ölü, 236 yaralı

2018-cı ilin I yarımilliyi ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 6690 çıxış edilib. Onlardan: çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə yanğınlar –1027 çıxış, açıq sahələrdə yanğınlar –4189 çıxış, meşə və meşə talalarında yanğınlar 2, nəqliyyat vasitələrində yanğınlar –167 çıxış, digər yanğınlar – 1305 çıxış təşkil edib.
Yanğın hadisələri zamanı 54 nəfər həlak olub, 86 nəfər xəsarət alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 19 nəfər və ya 54% coxdur, xəsarət alanlar üzrə 12 nəfər və ya 12% azdır.
2018-cı ilin I yarımilliyi ərzində respublika ərazisində 37 partlayış hadisəsi baş verib ki, bu da 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə 10 hadisə və ya 21% azdır. Partlayışlar zamanı 8 nəfər həlak olub, 32 nəfər xəsarət alıb.
AzVision.az