İki il əvvəl törədilən cinayətin üstü açıldı

İki il əvvəl törədilən cinayətin üstü açıldı
  19 İyul 2018    Oxunub:8578
Quba rayonunda iki öncə törədilən oğurluq faktının üstü açılıb.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan AzVision.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2016-cı il mayın 31-də rayonun Qırmızı qəsəbəsi ərazisində yerləşən evlərin birinə daxil olaraq soyğunçuluq etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Faiq Xanməmmədov saxlanılıb.

Dindirilmə zamanı F.Xanməmmədov istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olaraq qrup təşkil etdiklərini və zərərçəkən şəxsin evinə daxil olduqlarını, ev sahibinin əl və ayaqlarını yapışqan lentlə bağlayaraq 400 ABŞ dolları, bir ədəd brilliant qaşlı qızıl üzük, bir cüt brilliant qaşlı sırğa və iki ədəd qızıl boyunbağı oğurladıqlarını, soyğunçuluq yolu ilə əldə etdikləri əşyaları Bakıda yerləşən qızıl alqı-satqısı məntəqələrində satıb, pulları öz aralarında böldüklərini bildirib.

Cinayətdə istifadə olunan gözyaşardıcı sprey, yapışqan lent və kapron bağlama maddi sübut kimi istintaqa təqdim olunub.

F.Xanməmmədovun ətrafında aparılan tədbirlərlə onun digər cinayət əməlinin də üstü açılıb. Məlum olub ki, adı çəkilən şəxs istintaqa məlum olmayan digər şəxslərlə birlikdə bu il iyunun 25-də Quba rayonunda yerləşən “Nizami” adına parkda rayonun I-ci Nügədi kənd sakini S.Qurbanova qarşı xuliqanlıq edib, onu döyərək, sağlamlığına zərər vurublar.

Saxlanılan F.Xanməmmədovun və digər şəxslərin başqa cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır. Faktlarla bağlı F.Xanməmmədovun barəsində cinayət işi açılıb.

Hadisədə iştirak etmiş digər şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Quba   Oğurluq  





Xəbər lenti