Sumqayıtda 25 yaşlı qız itkin düşüb

Məhərrəmova Zülfiyyə İlqar qızının əlamətləri: boyu 165 sm, dolu bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, baş saçının rəngi şabalıdıdır. Çiynində, sağ biləyində və sağ ayağı üzərində qara rəngli ət xalı var. Fiziki və əqli cəhətdən sağlamdır.
Məhərrəmova Zülfiyyə İlqar qızı barəsində məlumatı olan şəxslərdən Sumqayıt Şəhər Polis İdarəsinə 018-65-4-02-02, 018-65-4-42-03, 055-515-39-66 telefon nömrələri ilə zəng vuraraq məlumat vermələri xahiş olunur. (Report)
AzVision.az