DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 6-da H.Quliyevə məxsus “VAZ-2109” markalı avtomobildən maqnitofon, səsgücləndirici və akkumulyator oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini Aydın Azadov saxlanılıb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, eyni zamanda Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 20-nə keçən gecə Sulutəpə qəsəbəsindəki mənzillərin birindən 50 manat pul, 300 manat dəyərində qızıl əşyalar və planşet oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Kənan Tağıyev və iki yeniyetmə saxlanılıb.