Bakıda oğru iş başında yaxalanıb

Bakıda oğru iş başında yaxalanıb
  21 İyul 2018    Oxunub:7756
İyulun 20-də saat 5 radələrində Xətai rayonunun M.Hadi küçəsində binaların birinin girişindən 2 ədəd velosipedi oğurlayaraq aradan çıxmağa cəhd edən şəxs ərazidə xidmət aparan 36-cı Polis Bölməsinin və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən yaxalanıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, araşdırmalarla onun Bakı şəhər sakini Vaqif Heydər olduğu müəyyən edilib.

Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər ərazisində 2 nəfərin velosipedlərini və 2 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tacir Quliyev saxlanılıb. Faktlarla bağlı araşdırmalar aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti