Həftənin ilk günü hava necə olacaq? - Proqnoz

Həftənin ilk günü hava necə olacaq? - Proqnoz
  22 İyul 2018    Oxunub:9330
Sabah Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26°, gündüz 28-32° isti təşkil edəcək.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 25-26° isti olacaq. Abşeronun cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıx arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək. Çimərliklərə üz tutanlar arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar olaraq ehtiyatlı olsunlar.

Naxçıvan Muxtar Respublikasında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 34-39° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 23-28° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Gündüz yağış tədricən kəsiləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 29-34° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış

yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 28-33° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Gündüz hava əsasən yağmursuz keçəcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 32-37° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26°, gündüz 30-35° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti təşkil edəcək.

AzVision.az


Teqlər: ETSN   Hava   Proqnoz  





Xəbər lenti