Bakıda evdən meyit tapılıb

Bakıda evdən meyit tapılıb
  22 İyul 2018    Oxunub:7378
Bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1942-ci il təvəllüdlü Dobralinskaya Viktoriya Konstantinovnanın cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Mənzil   Meyit  





Xəbər lenti