Cəlilabadda iki qardaş yol qəzasında ölüb

Cəlilabadda iki qardaş yol qəzasında ölüb
  23 İyul 2018    Oxunub:6823
İyulun 22-də Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, “Mersedes” markalı minik avtomobilinin pomidor məhsulu yüklənmiş motosikletlə toqquşması nəticəsində Masallı rayonunun Köçərli kəndinin sakinləri Tural və Yalçın Mirzəyev qardaşları ağır bədən xəsarəti alıblar. Qardaşlar xəstəxanaya aparılarkən yolda keçiniblər.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Cəlilabad   Qəza  





Xəbər lenti