Bakı sakinini öldürən 5 nəfər saxlanıldı - VİDEO

Bakı sakinini öldürən 5 nəfər saxlanıldı - VİDEO
  23 İyul 2018    Oxunub:7014
İyulun 19-da saat 1 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisindən Bakı şəhər sakini Fərid Qurbanovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, faktla bağlı cinayət işi başlanılıb.

​Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində F.Qurbanovu deşici alətlə (amburla) qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fəxri Şahbazlı, habelə hadisənin digər iştirakçıları - Misir Abdullayev, Araz Heydərov, Zamiq Quliyev və Ərşad İsayev saxlanılaraq istintaqa təhvil veriliblər.




AzVision.az


Teqlər: DİN   Qətl  





Xəbər lenti